Bia.Az

Reznikov: Yalnız bu halda istefa verəcəm!

Dünya
 6-02-2023, 00:49     155

Prezident Vladimir Zelenski qərar qəbul edəcəyi təqdirdə istefaya hazıram.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri Aleksey Reznikov son zamanlar istefası ilə bağlı yayılan söz-söhbətlərə aydınlıq gətirərkən deyib.

“Heç bir məmur kürsüsündə həmişəlik deyil. Heç bir. Bu mərhələnin sona çatacağına hazır olmaq lazımdır. Məmur olub-olmamağıma bir nəfər – Ali Baş Komandan, prezident Vladimir Zelenski Konstitusiyaya əsasən qərar verir. O, təyinatla bağlı təqdimat verir, Ali Rada təyin edir. Ona görə də Ukrayna prezidentinin qərarı ilə bu və ya digər qərar qəbul edəcəm”, - deyə nazir bildirib.

Qeyd edək ki, Ukrayna Ali Radasının keçmiş deputatı İlya Kiva müdafiə naziri Aleksey Reznikovun istefa verdiyini açıqlamışdı.скачать dle 12.1