Bia.Az

“PUTİN VOLQOQRADA “NÜVƏ ÇANTASı” İLƏ GƏLİB” - “Şəhərdəki köhnə tikililər sökülüb, sahibsiz itlərsə güllələnib” + FOTO

Dünya
 3-02-2023, 17:50     156

Məlum olduğu kimi, Vladimir Putin fevralın 2-də Volqoqrada səfər edib. Stalinqrad döyüşünün növbəti ildönümə həsr olunduğu bildirilən səfərdə Putin İkinci Dünya müharibəsində həlak olan Sovet əsgərlərinin abidəsini ziyarət edib.

“AzPolitika.info” xəbər verir ki, İngiltərənin “Mirror” nəşri səfərlə bağlı hazırladığı materialda Putinin cangüdənlərinin gəzdirdikləri çantalara xüsusi diqqət ayırıb.

Yazıda qeyd olunur ki, Rusiya başçısı özü ilə Volqoqrada “nüvə çantası”nı da gətirib və onun xüsusi olaraq nümayişkaranə şəkildə görünməsinə şərait yaradıb: “Vladimir Putin Stalinqrad döyüşünün qeyd edilməsilə bağlı tədbirə “nüvə çantası” ilə gəlib. Ehtimal ki, ikinci çantada sui-qəsd ediləcəyi təqdirdə onu qorumalı olan yığılmış zireh yerləşirdi. Əlində çanta olan hər iki köməkçisi Sovet əsgərlərinin abidəsinə gül qoyarkən onun yanında idilər”.

Yazıda daha sonra qeyd olunur ki, Putinin kortejində 25 avtomobil və bir təcili yardım maşını da olub. Həmçinin, bildirilir ki, Putinin gəlişi ilə bağlı şəhərdə hazırlıq işləri görülüb, onun yolunun üstündə olan köhnə tikililər qısa müddətdə sökülüb, küçələrdəki sahibsiz itlər isə ya güllələnib, ya da yığışdırılıb. Volqoqradın qubernatoru Andrey Boçarov Putinlə götüşdən öncə 9 gün karantində saxlanılıb.

Xatırladaq ki, Putin bu səfəri zamanı etdiyi çıxışda növbəti dəfə Qərb ölkələrini nüvə silahı ilə hədələyib.
      


скачать dle 12.1