Bia.Az

Rusiya nə üçün nüvə silahı ilə təhdiddən əl çəkdi? – Danilov izah edib

Dünya
 31-12-2022, 01:19     171

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi Aleksey Danilov bəyan edib ki, Rusiya ona görə nüvə silahı ilə hədələməkdən əl çəkib ki, Çin ona xəbərdarlıq edib.

«Çin xəbərdarlıq edən kimi, hamı susdu. Və izah etdilər ki, bunu eləmək olmaz. Rusiyalılar Çinə qulaq asırlar» - Danilov «Kyiv Post»-a müsahibəsində danışıb («UNİAN»).

O, qeyd edib ki, Çin Ukraynaya qarşı müharibə məsələsində Kremlə təsir göstərə bilər. «Faktiki olaraq, RF Çinə tabe olacaq, əgər Qərb nəticə çıxartmasa» - Danilov qeyd edib.

O, əmindir ki, Qərb postsovet məkanında (Baltik ölkələrindən başqa) təhlükəsizlik məsələsində RF-dan monopolist düzəltməklə səhvə yol verib.

«Əgər bu günə olan vəziyyətə Rusiya ərazisində nüvə silahının ləğvi ilə bağlı situasiya olmayacaqsa, o zaman Ukrayna və bütün dünya dinclikdə yaşaya bilməyəcək. Çünki dəlilərin əlindən kibriti və sərt predmetləri almaq lazımdır» - Danilov deyib./AzPolitika.info/скачать dle 12.1