Bia.Az

Rusiya MN-dən SON DƏQİQƏ açıqlaması: bütün obyektlər vurulub

Dünya
 30-12-2022, 17:21     185

“Dekabrın 29-da Ukraynanın enerji obyektlərinə genişmiqyaslı raket hücumu həyata keçirilib, bütün təyin edilmiş obyektlər vurulub”.

APA xəbərinə görə, bu barədə nazirliyin keçirdiyi brifinq zamanı Rusiya Müdafiə Nazirliyinin (MN) rəsmi nümayəndəsi, general-leytenant İqor Konaşenkov məlumat verib.

Rusiya Silahlı Qüvvələri tərəfindən 29 dekabrda Ukraynanın müdafiə sənayesi müəssisələrinin fəaliyyətini təmin edən hərbi komandanlıq və idarəetmə obyektlərinə, eləcə də enerji obyektlərinə uzaqmənzilli yüksək dəqiqlikli hava və dəniz silahları ilə kütləvi zərbə endirilib”, - Konaşenkov bildirib.

Nazirlik rəsmisi əlavə edib ki, endirilmiş zərbələr nəticəsində hərbi texnika, silah sursatların istehsalı və təmiri dayandırılıb.

“Həmçinin, Ukrayna Silahlı Qüvvələri bölmələrinin Ukraynanın qərb vilayətlərindən köçürülməsinin qarşısı alınıb. Dəmir yolu nəqliyyatında hərəkətin dayandırılması nəticəsində arxa cəbhəyə Ukrayna ordusu üçün xarici silahların daşınıb yığılması əngəllənib”, - Nazirlik rəsmisi vurğulayıb.скачать dle 12.1