Arxiv

Oxunub:72 / 27 noy 10:09sosial

“Evimin qapısı hər gün internetdə müzakirə olunur” — İcra Hakimiyyətinin qapısını pəncərəyə çevirdiyi evin sakini DANIŞDI



“Evimin qapısı hər gün internetdə müzakirə olunur” — İcra Hakimiyyətinin qapısını pəncərəyə çevirdiyi evin sakini DANIŞDI













Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin Səməd bəy Mehmandarov küçəsi ilə Əli Kərimli küçəsinin kəsişməsində yerləşən üçmərtəbəli yaşayış binasında evinin giriş qapısı bağlanılan sakin Kəmalə Həsənova İcra Hakimiyyətindən şikayət edib.
K.Həsənova “Ölkə.Az”-a açıqlamasında bildirib ki, bir neçə il öncə Sabunçu rayon İcra Hakimiyyətinin göstərişi ilə evinin qapısı hörülüb:

“Gəlib evimizin qabağını sökdülər və qapımızı da bağladılar. Dedilər ki, buranı qapı kimi istifadə etmək olmaz. Əsas gətirdilər ki, guya bizim qapımız yol tərəfə düşür və binanın mənzərəsini pozur. Buna görə bizə heç bir kompensasiya ödənilməyib. Çəkdiyimiz bütün xərclər də batıb. Binanın qabağı eyvan idi, bağçası vardı. Bütün bunlara xərc çəkmişdik. Sabunçu rayon İcra Hakimiyyəti isə heç bir kompensasiya ödəmədən gəlib bunları sökdü. Hətta, bütün bunlardan sonra mən onlara bildirdim ki, heç olmasa qapının yerinə gətirib pəncərə qoyun. Onu da etmədilər. Bütün bunlara görə narazılığımızı bildiririk, şikayət edirik, amma şikayətimizə baxan yoxdur. Kim olsa narazılıq edər də! Gül kimi evimin qapısını hörüb, pəncərəsini də qoymayıblar”.
K.Həsənova evinin hörülən qapısının mütəmadi olaraq sosial şəbəkələrdə müzakirə olunmasından utandığını söyləyib:

“Evimin qapısı bütün günü internet səhifələrində gündəm yaradır. İnternetdə hamı lağ edir ki, binanın qapısını yarıya qədər hörüb pəncərə ediblər. Təbii ki, bunu İcra Hakimiyyəti edib, buna görə onların yerinə mən utanıram. Həmin binada təkcə bizim evin qapısını hörməyiblər. Bizim evin üstündə olan həmin binanın ikinci mərtəbəsindəki evin də qapısını yarıya qədər hörüb pəncərə ediblər. Bu çox gülünc hərəkətdir. Ya bu qapı eyvan kimi hörülməli idi, ya da normal pəncərə qoyulmalı idi. İcra Hakimiyyəti özündən yeni icad çıxarararq, qapını pəncərəyə çevirib. Amma pəncərə də qapıdandır”.
Şikayətçi sakin hazırda binanın araxa tərəfindəki qapıdan istifadə etdiyini deyib.
“Evimin qapısı hər gün internetdə müzakirə olunur” — İcra Hakimiyyətinin qapısını pəncərəyə çevirdiyi evin sakini DANIŞDI