Bia.Az

Mətbuat Şurası professoru təltif edib

Cəmiyyət
 25-12-2022, 13:40     198

Azərbaycan Mətbuat Şurası siyasi elmlər doktoru, Dövlət İdarəçilik Akademiyasının professoru Elçin Əhmədovu diplomla təltif edib. Təltif şuşalı alimin Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın tarixi irsinin təbliğində, Qarabağ gerçəklərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında xidmətləri, çoxsaylı araşdırma yazıları ilə əsaslandırılıb.

Diplomu təqdim edən şura sədri Rəşad Məcid deyib ki, Elçin Əhmədovun Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətindəki fəaliyyətini, xüsusən Şuşa şəhərinin Azərbaycan tarixindəki rolu barədə əsərlərini, çoxsaylı məqalələrini yalnız elmi çevrələr deyil, bütövlükdə ictimaiyyət yüksək qiymətləndirir. O, alimin fəaliyyətinin həm ölkə mediasında maraqla izləndiyini, həm də xarici kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olduğunu vurğulayıb, qeyd edib ki, Elçin Əhmədovun elmi yaradıcılığı jurnalistlər üçün mühüm istinad mənbəyidir.

Rəşad Məcid alimin Şuşa ili olan 2022-ci ildə gördüyü işlərin vacibliyinə toxunub, onun media ilə sıx təmaslarını da yüksək qiymətləndirib.

2022-ci ildə Elçin Əhmədovun “Şuşa – Azərbaycanın tarixi və strateji əhəmiyyətli mədəniyyət paytaxtı” kitabı İtaliya, Yunanıstan, İordaniya, Bolqarıstan, Latviya, Tacikistanda nəşr edilib. Kitabların Roma, Sofiya və Əmmanda geniş təqdimatları keçirilib. Riqa və Düşənbədə də təqdimatlar gözlənir.
Hazırda kitabın ABŞ-da (Los-Anceles şəhərində) və Macarıstanda nəşri üzərində iş gedir, əsər Fransada da nəşr üçün hazırdır.скачать dle 12.1