Bia.Az

Rusiya mərhələli həll təklif edir – “Yol xəritəsi artıq formalaşdırılıb”

Siyasət
 24-12-2022, 16:49     177

“Rusiya Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası məsələsində tərəflərin mərhələli şəkildə hərəkətinə ümid edir”.

“AzPolitika.info” xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “RİA Novosti”yə müsahibəsində bildirib.

“Bizim mövqeyimiz belədir ki, sülh müqaviləsi əldə olunmasında bütün üçtərəfli bəyanatların həyata keçirilməsi kömək edəcək. Azərbaycan-Ermənistan münasibətlərinin hərtərəfli normallaşması üçün yol xəritəsi formalaşdırılıb”.


Qaluzin əlavə edib ki, Moskva xüsusilə, regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası, sərhədin delimitasiyası və humanitar problemlərin həllində tədricən irəliləyiş gözləyir./“AzPolitika.info”скачать dle 12.1