Arxiv

Oxunub:75 / 08 noy 08:38dunya

Trampdan Şimali Koreyaya: "Bizi sınamayın"



Trampdan Şimali Koreyaya: "Bizi sınamayın"













ABŞ prezidenti Donald Tramp Cənubi Koreya parlamentində çıxışı zamanı Şimali Koreyanı sərt şəkildə xəbərdar edib.
"Ölkə.Az" xəbər verir ki, Tramp "Bizi zəif bilməyin, bizi sınamayın"-deyib.

Çıxışında Şimali Koreya lideri Kim Çen İnə səslənən Tramp deyib: "əldə etdiyin silahlar səni təhlükəsizliyini təmin etməyəcək, rejimini böyük bir təhlükəyə soxacaq".

Tramp Şimali Koreya rejimini tarix laboratoriyasındakı faciəvi bir sınağa bənzədib.
ABŞ lideri deyib: "Şimali Koreya babanın xəyal etdiyi cənnət deyil. Heç bir insanın layiq olmadığı bir cəhənnəmdir".

Tramp eyni zamanda Çin və Rusiya başda olmaqla, digər ölkələrdən Pxenyana nüvə silahlarından vaz keçmək üçün təzyiq göstərmələrini istəyib.