Bia.Az

Nərimanovda “ağac qətliamı”: Sakinlər Prezident İlham Əliyevə müraciət etdilər - VİDEO/FOTOLAR

Fakt
 29-11-2022, 11:55     245

Qaynarxett.az xəbər verir ki, Bakının Nərimanov rayonu, Həsənoglu və Təbriz kücələrinin kəsişməsində ağaclar kütləvi şəkildə “soyqırım”a məruz qalır. Yaşıllığın məhv edilməsi gecə saatlarında baş verir. Demək olar ki, hər gecə 2-3 ağac kəsilir. Bu barədə binanın sakinləri məlumat veriblər. 

Onlar baş verənlərlə bağlı ölkə prezidenti İlham Əliyevə və Mehriban Əliyevaya müraciət edirlər ki, yüzlərlə adam bu ağacların kölgəsində dincəlirdi. İndi bir qrup məmur özbaşınalıq edir. Bizi həbsxanada yaşamağa məcbur edirlər. Sakinlər olaraq, ölkə prezidenti İlham Əliyevə və Mehriban xanıma müraciət edirik. Baş verən haqsızlıqlarla bağlı Sizdən başqa ümid yerimiz yoxdur. Bizə kömək olun. Cənab Prezident çıxışı zamanı məmurlara göstəriş vermişdi ki, vəzifələrinizdən sui-istifadə etməyin, xalqı tapdalamayın, xalqa qulluq edin. Budurmu, olunan qulluq?

Xatırladaq ki, Bakının Nərimanov rayonu, Həsənoglu və Təbriz kücələrinin kəsişməsində 9 bloklu 16 mərtəbəli yaşayış kompleksi inşa olunur. Kompleksin podratcısı "Ailə Park" MMC-dir. 

Qaynarxett.az-ın əməkdaşı həmin ərazidə olarq vide-material hazırlayıb. Həmin materialı təqdim edirik.





скачать dle 12.1