Bia.Az

“NATO və RF toqquşması mütləq olacaq, Ukraynaya müttəfiqlər lazımdır” - Diplomat

Siyasət
 2-11-2022, 00:51     192

Rusiya ilə müharibədə Ukraynaya müttəfiqlər tələb olunur, danışıqlarda vasitəçilər yox. Bundan başqa, gələcəkdə Rusiya Federasiyası (RF) ilə NATO-nun toqquşması gözlənilir.

Bu barədə diplomat Valeri Çalıy «Ekpresso» telekanalının efirindən bəyan edib («UNİAN»).

"Rusiyanın NATO ölkəsi ilə toqquşması mütləq olacaq. Bundan qaçmaq mümkün deyil. Sadəcə, hamı istəyir ki, Rusiya bu ana qədər zəifləsin və artıq 100 faiz Rusiya üzərində qələbədə istirak etsin. Bizim üçün bu, sadəcə, fəlakətdir. Nədən ki, bizim insanlar hazırda məhv olurlar. Ona görə işləyirik və belə mürəkkəb şəraitdə işləyəcəyik. Ancaq çox diqqətli olmaq lazımdır ki, taxılla olan situasiya afrikalı uşaqlar üçün təkrarlanmasın» - Çalıy əlavə edib.

Diplomatın sözlərinə görə, Rusiya yalnız eskalasiyanı artırır və razılaşmalar heç nəyi həll etmir.

«Mən haqlı olmaya bilərəm. Ancaq nə zaman ki, belə sazişlər (taxıl dəhlizi kimi) bağlanır, o zaman əlbəttə, Ukrayna üçün sərfəlidir, amma orada digər həmkarlar üçün də sərfəlidir. Mən taxıl dəhlizi sazişinin əvvəlindən Ukrayna üçün tələləri görürdüm. Ən böyük tələ o idi ki, belə müharibədə, hansı ki, Rusiya yalnız ekspansiyanı gücləndirir, sazişlərlə heç nə həll edilmir. Əgər biz, problemli məsələləri sazişlərlə həll edəcəyiksə, hamı deyəcək ki, müharibə şəraitində ticarət etmək və istənilən problemi həll etmək olar. Ona görə də Ukraynaya müttəfiqlər lazımdır, vasitəçilər yox» - o, fikrini yekunlaşdırıb./AzPolitika.info/скачать dle 12.1