Arxiv

Oxunub:146 / 02 sen 08:24dunya

"İnstaqram"da tanışlıq, sevgi, narkotik və həbsxana... - Gənc qızın sonu... / FOTOLAR

"İnstaqram"da tanışlıq, sevgi, narkotik və həbsxana... - Gənc qızın sonu... / FOTOLAR

Mariya Dapriki adlı rus qız Vyetnam polisi tərəfindən həbs olunub.

Metbuat.az xəbər verir ki, buna səbəb onun 3 kq narkotiklə yaxalanmasıdır.

Rus qızın Asiyaya səfəri qayğısız və gözəl başlamışdı. O, Tailand sahillərindən maraqlı foto və videolar çəkir, “İnstaqram” səhifəsində paylaşırdı. Həyatının sevgisini tapdığını, ona qovuşmağa az qaldığını yazırdı. Lakin ağlına gəlməzdi ki, sosial şəbəkədə tanış olduğu yaraşıqlı vyetnamlı gənc onu həbsxanaya göndərəcək. Belə ki, sözügedən şəxs özünü məşhur futbolçu kimi təqdim edib, Mariya ilə evlənmək istədiyini bildirib. O, Mariyanı Vyetnama dəvət edib. Daha sonra məlub olub ki, sözügedən şəxs sadəcə bir narotik alverçisidir. Mariya iddia edib ki, çantasına da narkotiki həmin şəxs qoyub.

Cinayət işi 4 ildir ki davam edir. Bu vaxt ərzində bir neçə məhkəmə iclası keçirilib. Vyetnam tərəfi Mariyanın günahkar olub olmadığı haqqında heç bir qərara gələ bilmir.

İndi onu ya ömürlük həbs, ya da ölüm cəzası gözləyir.