Bia.Az

Heydər Əliyev Mərkəzi Rusiyaya dəstək verdi

Bia Tv
 10-04-2020, 09:22     530

Heydər Əliyev Mərkəzi Rusiyaya dəstək verdiAprelin 9-da Heydər Əliyev Mərkəzinin binası üzərinə Rusiya Federasiyasının bayrağı videoproyeksiya olunub.

“bia.az” xəbər verir ki, bununla Azərbaycanın koronavirus (COVID-19) xəstəliyinin yayılmasına qarşı Rusiya ilə həmrəyliyi ifadə edilib.

Qeyd edək ki, aprelin 3-dən başlayaraq hər gün pandemiyanın geniş yayıldığı bir dövlətin bayrağı həmin ölkənin musiqisinin sədaları altında Mərkəzin binası üzərinə proyeksiya olunur.

Bununla Heydər Əliyev Mərkəzi COVID-19-un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir. İndiyədək virusdan zərər çəkən Çin, Fransa, Almaniya, İran və İtaliyanın bayraqları Mərkəz binasının üzərində nümayiş olunub.скачать dle 12.1