Türk əsgərlərinə dəhşətli hücumun əsl səbəbi bu imiş – ŞOK DETALLAR ÜZƏ ÇIXDI

Türk əsgərlərinə dəhşətli hücumun əsl səbəbi bu imiş –
Fev 28, 2020 15:04

“Türkiyə geri addım atarsa, birmənalı şəkildə dünya siyasətində öz mövqeyini və nüfuzunu itirə bilər”.

Bunu publika.az-a açıqlamasında İdlibdə baş verən prosesləri təhlil edən Yaxın Şərq məsələləri üzrə siyasi şərhçi Vüqar Zifəroğlu deyib.

Siyasi şərhçi bildirib ki, hazırda İdlib ətrafında baş verən proseslərdə ən önəmli nöqtə məhz martın əvvəlinə planlaşdırılan dördtərəfli zirvə görüşüdür: “Burada söhbət ondan gedir ki, həmin görüşdə qarşı tərəflərin hər biri öz mövqeyini möhkəmləndirmiş şəkildə iştirak etmək istəyir. Əməliyyatların miqyasının genişlənməsi tərəflərin həmin masaya daha hazırlıqlı şəkildə çıxma istəyindən irəli gəlir. Düşünürəm ki, dördlü görüş keçirilənə qədər bu əməliyyatlar davam edəcək. Bir məsələ də var ki, Türkiyə və Rusiya nə dərəcədə münasibətlərinin kəskinləşməsini göz önünə ala bilər? Yəni nə dərəcə bu proses hər iki ölkənin maraqlarına cavab verir? İnanmıram ki, onlar tam şəkildə bir-birlərinin üzünə qapılarını bağlasın. Çünki bunu etmək hər iki ölkənin maraqlarına cavab vermir. Dördlü görüşdə isə bir çox mühüm məsələlərə, suallara aydınlıq gətiriləcək. Müəyyən razılaşmanın əldə olunma ehtimalı yüksəkdir”.

V.Zifəroğlu hesab edir ki, Türkiyə geri addım atarsa, bir sıra itkilərlə razılaşmalı olacaq: “Türkiyə tərəfi konkret şəkildə qeyd etdi ki, ümumiyyətlə, Suriya ilə bağlı məsələdə geri addım atmaq niyyətində deyil. Rusiya isə maksimum şəkildə Suriya rejimini müdafiə etməyə çalışır. Məhz bu səbəbdən də Əsəd rejiminin əməliyyatlarına dəstək verir. Türkiyə tərəfi geri addım atarsa, birmənalı şəkildə dünya siyasətində öz mövqeyini və nüfuzunu itirə bilər. Ona görə də, Türkiyə maksimum dərəcədə bu məsələdə prinsipial mövqe göstərməyə çalışır. Ümumən Suriya məsələsi Türkiyə üçün son dərəcə önəmlidir”.

Şərhçi bir sıra ölkələrin Suriyada proseslərin pisləşməsində maraqlı olduğunu deyib: “Qərb, ABŞ, İran və hətta ərəb ölkələri belə hazırda Suriyada proseslərin kəskinləşməsi və eyni zamanda, Türkiyə-Rusiya münasibətlərinin pozulmasında maraqlıdır. Qərb mediasının Türkiyə ilə bağlı yazdığı məqalələr, yəni dırnaqarası dəstək bu münasibətləri daha da kəskinləşdirməyə yönəlmiş addımlardır. Nəinki münasibətlərin daha da normallaşması və ya atəşkəsə əməl edilməsinə yönəlmiş addımlar. Böyük ehtimal ki, ABŞ tərəfi Suriyada dəstəklədiyi qeyri-rəsmi qruplaşmalara, o cümlədən, terror qruplaşmalarına yenidən ciddi dəstək göstərəcək. Bununla bağlı müəyyən adımlar da müşahidə etmək olar. İsrailə gəldikdə isə hər dəfə İranı vuracağı ilə bağlı bəyanatlar verir, amma buna əməl etmir. Çünki deyilənləri reallaşdırmaq çox ciddi fəsadlara gətirib çıxara bilər. Ancaq İran-İsrail qarşıdurmaları Yaxın Şərqin bir sıra cəbhələrində davam edir. Bunu biz ələxsus Livanda və müəyyən mənada Suriyada görə bilirik. Yəni müəyyən tempdə qarşıdurma var və davam edir. Hər iki tərəf həmin ərazilərdə bir-birinə maksimum dərəcədə problem yaratmağa çalışır”.

Analitik İdlib prosesində hədəf nöqtələrdən də söz açıb: “Qarşıdurmada əsas hədəf İdlib yox, şəhərin ətrafında olan nöqtələr, ən əsası M4 və M5 yollarıdır. Həmin yollara nəzarətin əldə edilməsi məsələsi tərəflər üçün daha aktualdır. Türkiyə çoxsaylı şəhidlərinə bir sıra əməliyyatlarla cavab verəcək. Çünki Türkiyə tərəfinin konkret mövqeyi geri çəkilməməkdir. Hədəflərinə çatmaq üçün bütün strategiya işə salınacaq. Ümid edək ki, tərəflərin daha çox itkilərə məruz qalmaması üçün əməliyyatların miqyası genişlənməyəcək”.

V.Zifəroğlu Liviya məsələsində Türkiyənin üstünlüyünün bəzi tərəfləri qıcıqlandırdığını və iki cəbhə açmaqla qardaş dövləti əldən salmaq istədiklərini vurğulayıb: “Liviyada ABŞ və Almaniyanın dəstəklədiyi müəyyən qruplaşmalar var. Xəlifə Haftarı dəstəkləyən qüvvələr ABŞ, Fransa və Rusiyadır. Ərəb ölkələrindən isə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və İsraili nümunə kimi deyə bilərik. Liviya və Suriyada eyni anda türk ordusuna qarşı reallaşan hücumlarla onun iki cəbhədə gücünü tükətmək istəyirlər. Çünki Türkiyə Liviyada da kifayət qədər ciddi addımlar atdı. Əslində, Aralıq dənizi ilə bağlı müqavilənin imzalanması Türkiyəyə son dərəcə ciddi üstünlük qazandırıb. Türkiyə tərəfi Misir və Liviya ilə bərabər dənizdə sahələr əldə edib. Eyni zamanda, İsrail, Yunanıstan və Kipr adasında təbii qaz xətti ilə bağlı müqavilə imzalanıb. Xəlifə Haftarın hücumları ilə bağlı proseslər də bundan sonra başladı. Buna paralel olaraq Suriyada da aktivlik yarandı”.

Şərhçi tərəflərin bir-birinə təzyiqi artırmasının səbəbini belə izah edib: “Mart ayının əvvəlinə planlaşdırılan Almaniya, Fransa, Rusiya və Türkiyə arasında baş tutacaq görüş Suriyanın yaxın gələcək üçün taleyini həll edə bilər. Məhz buna görə də tərəflər bir-birinə qarşı olan təzyiqləri artırır. Səbəb isə daha ciddi, etibarlı mövqe ilə masaya oturmaqdır. Türkiyə və Rusiya arasında kifayət qədər ciddi layihələr var. İstər iqtisadi nöqteyi-nəzərdən, istərsə də hərbi əməkdaşlıq, atom elektrik stansiyasının tikilməsindən tutmuş, “Türk axını” kimi hər iki ölkənin maraqlarına cavab verən son dərəcə ciddi layihələri deyə bilərik. Ən azından bu layihələrə görə tərəflər arasında proseslər alovlanmayacaq”.

Bia.az
Oxşar xəbərlər