Bia.Az

Günel Zeynalova: "Belə şərəfsizlər həddini bilməlidir"

Şou
 4-10-2022, 15:22     54

Müğənni Günel Zeynalova musiqiçi Onur Şenerin qətlə yetirilməsinə etiraz edib.

Sənətçi sosial şəbəkə hesabında Onur Şenerin şəklinin paylşaraq musiqiçinin həyatının itirməsinə sərt şəkildə reaksiya göstərib.

Baş vermiş bədbəxt hadisəyə görə kədərlənən Zeynalova "İstək mahnını bilmədiyi üçün öldürülən musiqiçi Onur Şenerə Allahdan rəhmət diləyirəm. Musiqiçilər hər mahnını bilməyə məcbur deyil. Ancaq belə şərəfsizlər həddini bilməlidir. Çox üzüldüm" sözlərini yazaraq onu öldürənlərə etiraz edib.

Xatırladaq ki, ötən gün Ankaranın Çankaya ərazisindəki məkanlardan birində çıxış edən Onur Şener 3 şəxs tərəfindən qətlə yetirilib. Onun öldürülməsinə səbəb sifariş edilən mahnının bilməməsi olub. /BAKU.WSскачать dle 12.1