Bia.Az

"Fəryad" filminin ikinci hissəsi çəkilir

Şou
 28-07-2021, 19:30     356

Axşam.az xəbər verir ki, ekran işində çəkilmək üçün kişi aktyorlar axtarılır. Bu haqda kastinq şirkəti elan yayıb. Sosial şəbəkədə paylaşılan elan isə hər kəsi təəccübləndirib. Buna sənən ekran işində rol alacaq şəxslərə veriləcək qonorar olub.

Bildirilib ki, "Fəryad 2" filminin kütləvi səhnələrinin çəkilişi üçün 40-65 yaş arası kişilər axtarılır.

"Ümumilikdə, 900 nəfərə ehtiyac var. Onlardan 500-600 nəfəri bəy, digərləri xanımdır. Bunun üçün iştirak edən şəxslərə 8 saat ərzində 15 manat ödəniş olacaq. 8 saat tamam olduqdan sonra hər saata görə əlavə olaraq 1 manat ödəniləcək. İştirakçıların qidası sifarişçi şirkət tərəfindən təmin olunacaq. Burada heç kim iştirakçıdan hansısa ödəniş tələb edə bilməz" deyə, elanda bildirilib.

Qeyd edək ki, film Mədəniyyət Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında istehsal olunur.скачать dle 12.1