Bia.Az

Azərbaycanda deputat seçilən rektorun vəzifəsini o icra edəcək

Şou
 12-03-2020, 15:49     514

Azərbaycanda deputat seçilən rektorun vəzifəsini o icra edəcəkAzərbaycan İlahiyyat İnstitutuna rektor vəzifəsini müvəqqəti olaraq icra edən şəxs təyin edilib.

Bu barədə bia.az-a İnstitutdan bildirilib.

Məlumata qeyd edilib ki, adətən, belə hallarda rektor vəzifəsini prorektorlardan biri icra edir:

“Hazırda bu vəzifə Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru Aqil Şirinova həvalə edilib” .

Qeyd edək ki, İnstitutun rektoru Ceyhun Məmmədov 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputat seçilib.

Prezident İlham Əliyev sərəncamı ilə Ceyhun Valeh oğlu Məmmədov Azərbaycan İlahiyyat İnstitutunun rektoru vəzifəsindən azad edilib.скачать dle 12.1