Bia.Az

“Bu cür ermənipərəst insanlar da var“ - Müşfiqdən Nura Suriyə CAVAB VERDİ

Şou
 27-12-2020, 02:27     752

“Sözün düzü, mən bu haqda məlumatı sizdən eşidirəm. Kimi üçün o səhnəcik səviyyəli, kimi üçün isə səviyyəsiz ola bilər. Hər kəsin bir fikri var. Ümumiyyətlə bu parodiya Nuranın ünvanına deyildi, onun bu parodiya ilə heç bir aidiyyatı yoxdur. Sadəcə olaraq obrazın adı Nura Suridir. Obrazın adı Tofiq, Rafiq, Muşfiq, Gülşən, Lalə də ola bilər

Əgər bu parodiya haqqında “səviyyəsiz” deyirsə, bu onun öz fikridir, demək ki, baxır, baxanlar çoxdur. Amma həmin video artıq trennddədir və bol baxış sayı toplayıb. Tək Nuranın fikrinə istinadən qərar verməyək. Elə bir ibrətamiz video ola bilər ki, onu da kimsə bəyənməyə bilər. Bir misal çəkim. Bir müddət əvvəl Cocuq Mərcanlıya qazilərimizlə görüşə getmişdik, həmin görüşü yutuba yükləmişdik və görmüşdük ki, onu da “dislayk” edib pisləyənlər olub. Bu cür ermənipərəst insanlar da olur. Deməyim odur ki, bəzən ən yaxşı səhnəciyimiz belə hamı tərəfindən bəyənilmir”
Yenisabah.az xəbər verir ki, bunu Moderator.az-a “Bu şəhərdə” yumor komandasının ssenaristi Müşfiq Abbasov müğənni Nura Surinin öz parodiyasına yazdığı “Çox səviyyəsiz alınıb, heyf, tükəniblər artıq” sözlərinə qarşılıq olaraq bildirib. O həmçinin müğənni ilə münasibətlərindən də söz açıb.
“Nura Suri hər zaman dəvətimizi qəbul edib, konsertlərimizə böyük həvəslə gəlib. Əslində fikrimizdə var idi ki, nə vaxtsa Nura Surinin özünə və yaxud mahnısına parodiya edək. Amma xoşuna gəlməyibsə heç vaxt etmərik. Deməli, onu parodiya etmək məsləhət deyil. İndiyə qədər bizim parodiyalarımızdan inciyən olmayıb, əksinə dəfələrlə təşəkkür ediblər, deyiblər ki, “nə yaxşı biz yada düşdük”. Hətta öz parodiyasını görmək istəyənlər də olub, onların içərisində məmurlar da var. Biz heç vaxt heç, kimi təhqir etməmişik, alçatmamışıq. Heç kim bunu deyə bilməz. Ola bilər ki, hansısa məqamda tənqid edirik, bir çox hallarda isə təbliğ. Gülməli olmaya, zəif ola bilər, amma təhqir və şəxsiyyətə toxunma məqamı bizim parodiyalarımızda olmayıb və olmayacaq da” - deyə Müşfiq Abbasov bildirib.скачать dle 12.1