Bia.Az

Aşıq Fəzail TƏNQİD ETDİ: - “Populyarlıq sənətkarlıq deyil”

Şou
 29-07-2025, 12:58     1 155

“Populyarlıq sənətkarlıq deyil”.

Yenicag.az xəbər verir ki, bu sözləri Aşıq Fəzail Miskinli “Tarixin bir günü” verilişində deyib”.

O, populyarlıqla sənətkarlığı qarışdıran sənətçilərdən danışıb:

“Şövkət Ələkbərova, Flora Kərimova, digər korifeylərimiz etalondur. Bəzən efirlərdə sənətkarlarımız elə adamlarla müqayisə olunur ki… Kimlərsə onlar haqqında fikir bildirir. Sən, gərək, elə bir statusda olasan ki, o sənətkarlar haqında söz deyə biləsən, o haqqa malik olasan. Rəhmətlik Habil Əliyevin gözəl bir ifadəsi var idi: deyirdi ki, “bəzən insanlar populyarlıqla sevilməyi qarışdırır”. Qardaş, populyarlıq etalon deyil, sənətkarlıq deyil. Bəzən görürsən bir kənddə, bir obada bir ziyalını tanımırlar, amma axmaq bir adamı hamı tanıyır”.
скачать dle 12.1