Bia.Az

Röya Kann haqqında təəssüratlarını bölüşdü: “Festivala qatılan ilk azərbaycanlı müğənniyəm”

Şou
 23-05-2025, 14:26     500

“Təssüratlarım çox gözəldir. Mənə təklif gəldi və qəbul etdim”.

Bunu Teleqraf-a açıqlamasında 78-ci Kann Film Festivalında 100 ən uğurlu şəxs arasında Azərbaycan musiqisinin mədəniyyət səfiri qismində iştirak edən və xüsusi mükafata layiq görülən Xalq artisti Röya Ayxan deyib.

Onun sözlərinə görə, Kann Film Festivalında bir neçə əsas tədbirlərdə iştirak edib. Müğənni bildirib ki, Kannda görüş və tədbirlər çoxdur.
“Gün ərzində ən az üç-dörd dəfə qırmızı xalıya keçid olur. Hər tədbir və film təqdimatına görə qonaqlar dəvət edilib. Hər qonağın qırmızı xalıda öz keçid vaxtı var. Burada çox böyük izdiham yaşanır. Azərbaycandan Kann Film Festivalına ilk qatılan müğənniyəm. Mən Azərbaycan musiqisinin mədəniyyət səfiri kimi çıxış etdim və xüsusi mükafata layiq görüldüm”, - Xalq artisti vurğulayıb.

R.Ayxan Kann Film Festivalına stilist Anar Ağakişiyevlə qatılıb. Xalq artisti qırmızı xalıya “Rasario” markalı libas və “Bulgari”dən olan aksesuarla çıxıb.

Qeyd edək ki, 1939-cı ildən keçirilən Kann Film Festivalı dünyanın ən nüfuzlu film festivallarından biri sayılır. Festival hər ilin may ayında Fransanın Kann şəhərində keçirilir.






скачать dle 12.1