Bia.Az

“Turanın səsi”nin qalibi Ermənistan oldu – FOTO

Şou
 23-10-2024, 11:07     698

Bu il Qazaxıstanın Türküstan şəhərində keçirilən “Turanın səsi” beynəlxalq mahnı müsabiqəsinin qalibi Ermənistan təmsilçisi Suzanna Melkonyan olub. 

Globalinfo.az xəbər verir ki, bu barədə müğənni sosial şəbəkə hesabında paylaşım edib.

“Ermənistan “Turanın səsi” beynəlxalq müsabiqəsinin qalibi oldu. Təşəkkür edirəm, Tanrı”, – müğənni paylaşımda bildirir.
Qeyd edək ki, müsabiqə beşinci dəfədir keçirilir. Qırğızıstan, Özbəkistan, Tatarıstan, Azərbaycan, Gürcüstan, Belarus, Ermənistan, Kipr, Türkiyə, Bolqarıstan, Kosovo, İndoneziya, İspaniya, Kuba, Venesuela və digər ölkələrdən 18-35 yaş arası ifaçılar müsabiqədə iştirak edirlər.

Suzanna Melkonyanскачать dle 12.1