Türk aktrisaya sensasion təklif: “CİA mənə dedi ki…”

Türkiyənin məşhur “Çocuklar Duymasın” serialındakı “Mary” xarakteri ilə tanınan aktrisa Demet Tuncer ABŞ-da ali təhsil aldığı müddətdə Mərkəzi Kəşfiyyat Agentliyinin (CİA) ona casusluq təklif etdiyini bildirib.
Globalinfo.az xəbər verir ki,aktrisa CİA-in oxuduğu universitetdə işləyən bir professor vasitəsi ilə onunla əlaqə yaratdığını deyib.
“Hələ 15 yaşımda olarkən beynəlxalq təqaüd qazandım, 90-dan çox ölkədən gələn tələbələrlə birlikdə ABŞ-da bir universitetdə siyasi elmlər üzrə təhsil almağa başladım. Bu müddətdə bir professor vasitəsi ilə CİA mənimlə əlaqəyə keçdi. Dedilər ki, Türkiyədə yüksək səviyyəli bürokrat, ya da bir siyasətçi olmağım üçün şərait yaradacaqlar. Əvəzində isə zamanı gələndə məndən sadəcə bir şey istəyəcəklər. Cavabında nə ailəmi, nə ölkəmi satmayacağımı bildirdim. Təhsilimi başa vuran kimi ölkəmə qayıtdım”, – aktrisa qeyd edib.
D.Tuncer professorun CİA analitiki olduğunu, onun kəşfiyyat məsələlərinə marağını gördüyü üçün bu təkliflə çıxış etdiyini deyib.