Bia.Az

İddialı serialın yayım günü bəlli oldu

Şou
 29-08-2024, 00:20     888

Türkiyənin “Now TV” kanalının maraqla gözlənilən yeni “Kötü Kan” adlı serialının yayımlanacağı gün bəlli olub. 

“Cebheinfo.az” xəbər verir ki, ekran işi 6 sentyabrda başlayacaq. Layihə hər həftənin cümə günü yerli vaxtla saat 21:00-də yayımlanacaq. Maraq üçün bildirək ki, “Kötü Kan” ötən mövsüm cümə günü reytinqlərdə gözləntiləri qarşılaya bilməyən “Gaddar” serialının yerinə nümayiş olunacaq. Qeyd edək ki, ekran işinin baş rollarında Ertan Saban, Damla Sönməz, Hüseyn Avni Danyal, Levent Ülgen və Savaş Özdəmir çəkiləcək. скачать dle 12.1