Bia.Az

Eldar səssizliyi pozdu - FOTO

Şou
 15-05-2024, 11:26     255

Avroviziya qalibimiz və müsabiqənin Azərbaycan nümayəndə heyətinin musiqi prodüseri Eldar Qasımov birinci yarımfinaldan sonra səssizliyini pozub.

İfaçı sosial media hesabında builki təmsilçilərimiz Fəxri İsmayılov və İlkin Dövlətovla fotosunu paylaşıb.

“Uşaqlar, sizinlə fəxr edirəm. Belə davam edin”, - deyə, o, yazıb.

Qeyd edək ki, Qasımovun iki ildir deleqasiyaya rəhbərlik etdiyi müddətdə Azərbaycan finala keçə bilməyib. Bu il finala vəsiqə qazana bilmədikdən sonra sosial şəbəkə istifadəçiləri Eldardan istefa verməyini tələb ediblər. (olay)

скачать dle 12.1