Bia.Az

“Alt paltarsız səhər verilişlərinə çıxırlar” - Əməkdar artistdən ETİRAZ

Şou
 6-05-2024, 20:12     229

“Bir sıra müğənnilərin dillərində qüsurlar var. Onlar qüsurlu sözü oxuduqları mahnının nəqarət hissəsinə salırlar. Mən bu ifaçılara baxmıram, qulaqlarımı da tuturam. Heyvanlarım da, qohumlarım da, qonşularım da onlara qulaq asmırlar. Amma kanallar bu kimi ifaçıları səhər verilişlərinə dəvət edirlər. Səhərin öz musiqisi var. Bu, böyük faciədir”.

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan “Maqazin plyus” verilişinə müsahibəsində deyib.

Həmkarlarını hədəf alan sənətçi onların ədəbsiz şəkildə səhər efirlərinə geyindiyi açıq-saçıq geyimlərini tənqid edib:

“Səhər verilişinin öz geyimi var. Bir də görürsən ki, müğənni gecə saat 12-də restorana geyindiyi paltarı səhər verilişinə geyinib. Səhər müğənnini ətəyi qısa, sinəsi açıq geyimdə görürlərsə, o insan gedib işdə necə işləyəcək? Həcmli saç düzümü, paltarının yarığı nə uzunluğunda... Onlar alt paltarı belə geyinməyib, səhər verilişinə çıxırlar”.
скачать dle 12.1