Bia.Az

Firuzə İbadova Cavanşir Məmmədova görə səhnədən gedir? - Açıqlama

Şou
 25-04-2024, 12:50     179

Əməkdar artist Firuzə İbadova duet ortağı, Əməkdar artist Cavanşir Məmmədovun ölümündən sonra səhnəni tərk etməsi haqda yayılan xəbərlərə münasibət bildirib.

Musavat.com axşam.az-a istinadən xəbər verir ki, sənətçi sosial şəbəkədə paylaşım edərək xəbərin təhrif olunduğunu bildirib:

"Firuzə İbadova Cavanşir Məmmədov üçün səhnəyə əlvida dedi" haqda xəbər doğru deyil. Mən Cavanşir Məmmədovdan sonra səhnəni heç kimlə paylaşa bilmərəm, mən duet oxumağa əlvida demişəm, səhnəyə deyil. Mən sənətimi, səhnəni sevirəm və heç vaxt tərk edə bilmərəm! Əksinə onun ruhu şad olsun deyə, nəğmələrimizi yaşadacağam! Çox xahiş edirəm, yanlış məlumat paylaşmayın".скачать dle 12.1