Bia.Az

Əməkdar artistdən həmkarlarına SƏRT İRAD: - “Vicdanınız sızlasın, pula görə...”

Şou
 1-04-2024, 14:44     327

“Vicdanınız sızlasın. Bir özbəyin mahnısını götürüb oxuyanda, 20-30 mahnıdan birini də Azərbaycan mahnısı oxuyun”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni əməkdar artist Nigar Şabanova “Dəyişən cavab” verilişində deyib.

Nigar “toy tutmaq”, pul qazanmaq naminə digər xalqların ladları üzərində bəstələnən mahnılara üstünlük verən, Azərbaycan musiqisinə biganə olan sənətçilərlə bağlı sərt iradlar səsləndirib:

“İçi mən qarışıq, siz Azərbaycan millətinin çörəyini yeyirsinizsə, Azərbaycan musiqisinə də xidmət etmək lazımdır. Heç olmasa, hərdən vicdanınız sıxlasın. Çünki Azərbaycan pulunu xərcləyirsiniz, Azərbaycanın çörəyini yeyirsiniz, Azərbaycan vətəndaşısız. Bir özbəyin mahnısını götürüb oxuyanda, 20-30 mahnıdan birini də Azərbaycan mahnısı oxuyun. Bu, sizin birmənalı şəkildə borcunuzdur. Eybi yoxdur, 20 min ziyana gedərsiz, toylarınız da az olar,olsun, nə olar ki?Bu sözlərimi nə qədər acı qəbul etsələr də etsinlər. Mən musiqimizin inikşafı naminə belə deyirəm. Allah şahidimdir ki, acı insan deyiləm. Sadəcə olaraq fikriaçıq şəkildə ifadə edirəm”.
скачать dle 12.1