Bia.Az

Tolik dövlət qurumuna ÜSYAN ETDİ: - “Zorlanma səhnələrini efirdə...”

Şou
 23-02-2024, 11:56     496

Aparıcı Tarix Əliyev (Tolik) verilişindəki çıxışına görə Audiovizual Şura tərəfindən cəzalandırılmasına səssiz qalmayıb.

Yenisabah.az xəbər verir ki, bu haqda Tolik sosial şəbəkə hesabında yazaraq Audiovizual Şuraya etiraz edib:

"Qanun hamı üçün qanundur, deməli, belə məsləhətdir. Hörmətli Audiovizual şura, deyəsən, hərdən diqqətinizdən yayınır, xəbərçilik kimi çıxmasın: Bəzi verilişlərdə əqli qüsurluları ələ salıb, qoca arvadları ərə verən, şikayətçiləri qarşısında diz çökdürən, zorlanma səhnələrini efirdə çılpaqlığı ilə büruzə verən, azyaşlı uşaqları üzübağlı da olsa çıxarıb xalqa yazıq kimi təqdim edən, müğənnilərin həcilərini müzakirə edən, selikonlarını, bədənlərini abartılı formada təqdim edənləri də cəzalandırın".

Qeyd edək ki, Tolikin "Tarixin bir günü" proqramında yeniyetməyə qarşı qeyri-etik hərəkətlər edən məktəblinin görüntüsünü tənqid etməsinə görə MTV kanalının yayımı müvəqqəti dayandırılacaq.

Tolik dövlət qurumuna ÜSYAN ETDİ:


скачать dle 12.1