Bia.Az

İtaliyada vəfat edən azərbaycanlı musiqiçi Bakıda dəfn olunacaq

Şou
 17-08-2020, 12:33     937

İtaliyada dünyasını dəyişən azərbaycanlı vokalçı Eldar Əliyev Bakıda dəfn ediləcək.

Yenisabah.az bildirir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Məlumata görə, E. Əliyevin dəfn mərasiminin Bakı şəhərində hər iki ölkənin rəsmi nümayəndələrinin, sənətsevərlərinin iştirakı ilə təntənəli şəkildə

keçirilməsi və böyük vokalçının xatirəsinin yaşadılması Azərbaycan Hökuməti tərəfindən təşkil ediləcək.

Qeyd edək ki,  Eldar Əliyev avqustun 4-də İtaliyanın Milan şəhərində 49 yaşında vəfat edib.

BİA.az
скачать dle 12.1