Bia.Az

"Fatimənin üzr istəməyini qanun tələb edir"

Şou
 5-02-2024, 12:45     284

"Fatimə Fətəliyeva ilə haq-hesabım məhkəmədə qaldı. Qalib gəldim. İş icraatdadır. İndi kimə 50 min pul verirlər? 50 min manatlıq təzminat davası açdım, dövlət isə Fatimənin maddi gəlirini hesablayır və buna müvafiq iş görür".

Axşam.az xəbər verir ki, bu sözləri şair Nazilə Səfərli rəqqasə Fatimə Fətəliyeva ilə aralarında yaşanan qalmaqaldan danışıb. O bildirib ki, məhkəmə başa çatıb və iş icradadır:

"Fatimə haqqında danışmaq istəmirəm. Onunla düşmən deyiləm. O gəlib mənə "salam" versə, evimdə çay içsə belə üzr istəyəcək. Artıq Fatimədən üzr istəməyi mən yox, qanun tələb edir. Bu, artıq bitmiş bir məsələdir. Söhbət qanundan gedir. Fatimə sabah gəlib qapımı döysə, açacağam. Mədəniyyətsizəm ki, Fatiməyə qapı açmayım? 

Fatimə ilə 3 dəfə barışmışam. Üçündə də özü gəlib barışıb. Fatimə "salam"dan sonra məndən üzr istəsə və desə ki, məni bağışla, əsəbi olmuşam, dediyimi də sübut edə bilmədim, qanun qarşısında acizəm, bununla da məhkəmə bağlanır, məsələ bitir. Əsas odur ki, Fatimə üzr istəməlidir. Bu isə telefonla yox, görüntülü şəkildə olmalıdır.  Məsələ qanun çərçivəsində həll olunmalıdır. Əvvəl dedim ki, məndən üzr istə, meydan oxudu. İndi də qanun meydan oxuyur".

Qeyd edək ki, N.Səfərli məhkəmədə F. Fətəliyevadan 50 min təzminat istəyib. Bundan sonra Nazilə məhkəmədə qalib gəlib. Fatimə Apellyasiya Məhkəməsinə müraciət edib və uduzub. Qərara əsasən, rəqqasə qarşı tərəfdən üzr istəməli və 500 manat təzminat ödəməlidir. Hazırda iş Ali Məhkəmədədir.

Fatimə ilə Nazilə arasındakı qalmaqala isə şair yazdığı status səbəb olub. скачать dle 12.1