Bia.Az

Alsu 18 illik həyat yoldaşından ayrılıb?

Şou
 4-02-2024, 20:01     298

40 yaşlı müğənni Alsu uzun müddət sonra ilk dəfə əri ilə münasibətindən danışıb.

Axşam.az xəbər verir ki, uzun müddətdir hər kəs onun Yan Abramovla ayrılmasını müzakirə edir. Alsu bildirib ki, ayrılıq xəbərləri sadəcə şayiədir.
Müğənni 18 ildir ki, Yan Abramovla evlidir. Alsu əlavə edib ki, ərinin ona diqqəti və sevgisi heç vaxt azalmayıb.
 
"Həyat yoldaşım gül və hədiyyələr verir. Amma düzünü desəm, 8 martı daha çox tanıyır. 14 Fevral onun üçün önəmli deyil" deyə, Alsu söyləyib.
 
Qeyd edək ki, 18 ildir evli olan Alsu və Yanın üç övladı var - Safina, Mikella və Rafael.скачать dle 12.1