Bia.Az

"Ömrünün son günlərində belə, nəsə toxuyub satırdı"

Şou
 3-02-2024, 16:12     246

"Toy ərəfəsi onların ailəsində çox itki oldu. Hətta toy günü dayısı vəfat etdi. Deyirdi ki, dədəm də ölsə ərə gedəcəyəm. Ailəcanlı idi".

Axşam.az xəbər verir ki, bu sözləri aktrisa Ülviyyə Əliyeva "7 Tamam" proqramında mərhum Əməkdar artist Tünzalə Əliyeva haqda danışarkən deyib. Sənətçi rəfiqəsi, "Toppuş bacı" ləqəbli aktrisa ilə bağlı xatirələrini bölüşüb.

Ülviyyə bildirib ki, aktrisa ömrünün son günlərində belə çalışırmış:

"Artıq çəkilişlərə gələ bilmirdi. Gəzə bilmirdi, səsi batmışdı. Son anında belə işsiz qalmamaq üçün əl işləri edirdi. Muncuqla nələrsə toxuyub, mağazaya satırdı".

Əməkdar artist Dilarə Əliyeva isə "Nitqi getmişdi. Deyirdi ki, nitq qüsurlu insanlar üçün tamaşalar hazırlayacaq" sözlərini əlavə edib.скачать dle 12.1