Bia.Az

"Sevəcəyim şəxs minimum milyonçu olmalıdır" - "Mənə görə kişinin zahiri gözəlliyi önəmli deyil"

Şou
 5-01-2024, 13:08     425

"Yanımda olmaq istəyən kişi məndən qat-qat artıq pul qazanmalıdır. Sevəcəyim şəxs minimum milyonçu olmalıdır".

Lent.az xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli qonaq olduğu "Xəbərin var?" verilişində səsləndirib.

O, kişinin zahiri gözəlliyinin önəmli olmadığını vurğulayıb:

"Mənə görə kişinin zahiri gözəlliyi önəmli deyil. Çünki yaraşıqlı kişi sənin yox, elindir. Fikrimcə, kişi xarizmatik və sözünə əməl edən olmalıdır. Hamı ona hörmət etməlidir, yaxşı mənada ondan çəkinməlidir. Yanımda olmaq istəyən kişi məndən qat-qat artıq pul qazanmalıdır. Sevəcəyim şəxs minimum milyonçu olmalıdır. Mənim kimi qadını “daşımaq” çox çətindir. Ona görə də, ağ atlı şahzadələri anlayıram. Mənə heç bir kişi bu yaşımda qadağa qoya bilməz. Qadağa qoyan bir insan var idi, o da atam idi. Atam da dünyasını dəyişdi. Atamdan bir də Allahımdan başqa heç kimdən çəkinməmişəm”.
скачать dle 12.1