Bia.Az

30 illik rəfiqəsi Firəngiz Rəhimbəyova haqqında bütün SİRLƏRİ açdı

Şou
 27-12-2023, 20:55     369

Əməkdar artist, "Floristika" İncəsənətə Dəstək İctimai Birliyinin yaradıcısı Suğra Bağırzadə mərhum aktrisa Firəngiz Rəhimbəyova ilə illərlə yaxın dost olduqlarını, lakin münasibətlərinin sonradan korlandığını etiraf edib.

Bu barədə aparıcı Hüseyn Cavadzadə sosial mediada məlumat yayıb.

O, əməkdar artistlə foto paylaşaraq bildirib ki, "Yüz ilin Sirləri" verilişinin növbəti buraxılışı Firəngiz Rəhimbəyova haqqında olacaq.

"Ağrılı mövzudur... Sevdiyin dostunla vidalaşa bilməmək... Bu gün əməkdar artist, uşaqlıqdan "Cücələrim"in ifası, "Ulduz" filmindəki obrazı ilə sevilən kübar aktrisa Suğra Bağırzadə qonaq gəlmişdi. Mövzu Firəngiz Rəhimbəyova idi.

Suğra xanım və Firəngiz xanım 1980-ci ildən başlayaraq 30 il ərzində yaxın rəfiqə olublar. O qədər yaxın ki səfərlərdə uşaqlarını bir-birinə etibar ediblər. Ən səmimi sirlərini bölüşüblər. Suğra xanım bəlkə yaxın rəfiqəsini görmək üçün 3-4 dəfə Amerikaya gedib.

Amma həyat elə gətirib, aralarında yaşanan bir anlaşılmazlıq səbəbindən münasibətləri pozulub. Bu sferada onları ayrılmaz dostlar kimi tanısalar da, Suğra xanım xüsusən bu mövzudan qaçırdı. Firəngiz xanımın vəfatından sonra onunla bağlı mediaya bütün danışmaqdan imtina etmişdi.

 Amma bizə danışdı, incikliyini, nisgilini, sevgisini, dostluğunu... Uzun illər görüşməmələrinə baxmayaraq, "Yüz ilin Sirləri"ndə ən yaxın rəfiqəsinin xatirəsini anmağı özünə borc bildi. Olduqca kövrək müsahibə alındı", - aparıcı qeyd edib.

Məlumat üçün bildirək ki, sözügedən proqram 30 dekabrda, saat 21:00 -da AzTV-də yayımlanacaq. (Publika.az)скачать dle 12.1