Bia.Az

Azərbaycanlı aktrisa Hollivud aktyoru ilə eyni filmdə rol alacaq - FOTO

Şou
 12-12-2023, 02:08     491

Türkiyədə yaşayan azərbaycanlı aktrisa Aysel Nazim “Çingene kızı” filminə çəkilir.

O, ekran işində “Zeugma” mozaika muzeyinin müdiri istanbullu Esra rolunu canlandırır.

Filmdə Amerikadan gətirilən, dünyaca məşhur “Çingene kızı” mozaikası ilə bağlı yaşanan hadisələr canlandırılıb.

Komediya janrında olan filmin çəkilişlərinin çoxu Qaziantepdə, bir qismi isə İstanbulda baş tutub.

Digər baş rol ifaçısı tanınmış türkiyəli aktyor İnan Ulaş Torundur. Ekran işində, həmçinin Hollivud aktyoru Nikolas Feysi rol alıb. Filmin rejissoru Kamil Çetindir.//OLAY





скачать dle 12.1