Müğənni Samirə Əfəndi İsraildən Bakıya qayıtdı

Müğənni Samirə Əfəndi ailəsi və meneceri ilə birlikdə İsraili tərk edə bilib.
Yenipress.az xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında qeyd edib.
Müğənni hava limanından foto paylaşaraq Tel-Əvivdən İstanbula uçduğunu bildirib.
Xatırladaq ki, İsraildə konsert proqramı ilə çıxış edən Avroviziya təmsilçimiz və ailəsi HƏMAS-ın İsrailə raket zərbələri endirməsindən sonra sığınacağa yerləşdirilmişdi.
***
Müğənni Samirə Əfəndi ailəsi ilə birlikdə İsraildən Bakıya qayıdıb.
Bu barədə onun yaxınları məlumat verib.
Qeyd edək ki, müğənni daha əvvəl sosial mediada paylaşım edərək Tel-Əvivdən İstanbula uçduğunu bildirmişdi.