Bia.Az

Nadir Qafarzadə: “Ad günü keçirmişəm, əcəb etmişəm”

Şou
 18-02-2023, 15:38     681

Xəbər verdiyimiz kimi, müğənni Nadir Qafarzadə qardaş Türkiyədə matəm günü olmasına baxmayaraq, özünə təmtəraqlı ad günü məclisi təşkil edib. Paytaxt restoranlarının birində konsertlə keçirilən ad günü məclisinə müğənni sənət dostlarını da dəvət edib. 

Qeyd edək ki, fevralın 11-də Qafarzadənin 52 yaşı tamam olub. Həmin gün həm də qardaş Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar elan olunan matəmin 5-ci günü idi.

Bir neçə gündür ki, müğənni Nadir Qafarzadə istər sosial şəbəkələrdə, istərsə də mediada sərt tənqidlərə məruz qalır.

Musavat.com xəbər verir ki, müğənni ad günü keçirdiyi üçün onu qınayanlara cavab verib. 

Olay.az-a danışan N.Qafarzadə deyib: “Əcəb etmişəm, yas qurtarıb. Mən də fevralın 15-i ad günü etmişəm. Belə də yazın ki, əcəb etmişəm. Cəhənnəmə tənqid etsinlər. Bezdim artıq. Yuxudan indi oyanmışam, əsəbiləşmişəm”.скачать dle 12.1