Bia.Az

Səidənin bu ifası müzakirələrə səbəb oldu - Video

Şou
 15-01-2023, 01:25     553

Müğənni Səidə Sultanın son aylar dünyaca məşhur “Calm Down” mahnısını ifa etməsi müzakirələrə səbəb olub.

Qafqazinfo xəbər verir ki, o, trenddə olan musiqinin sözlərini dəyişərək Azərbaycan dilində oxuyub. Onun ifası bir sıra istifadəçilər tərəfindən birmənalı qarşılanmayıb. İfanı bəyənənlərlə yanaşı, müğənnini plagiatçılıqda günahlandıranlar da olub.

Səidə Sultan özü isə mahnını bəyənənləri instaqram hesabının hekayə bölümündə paylaşaraq təşəkkür edib.

Qeyd edək ki, “Calm Down” mahnısının müəllifi nigeriyalı musiqiçi Remadır. O, mahnını məşhur ifaçı Selena Qomezlə birlikdə oxuduqdan sonra bir çox ölkələrdə trendə çevrilib. “Calm Down” hazırda sosial şəbəkələrdə ən çox istifadə edilən musiqilərdən biridir.
скачать dle 12.1