Bia.Az

İradə İbrahimova: "İsti balışın, örtünəcək yorğanın varsa..." - Fotolar

Şou
 2-01-2023, 12:37     359

"Geyim, əşya insana xoşbəxtlik gətirməz. Sən məsudsansa, olduğun yer də məsuddur. Xoşbəxtlik rahatlığımız, ürəyimiz və nə hiss etdiyimizdir. Hər səhər özüm-özümə "sənin xoşbəxtliyin sağlıq, birlik, bərabərlikdir" deyirəm. Bu şəklə baxınca təkrar söylədim".

Musavat.com xəbər verir ki, bu sözləri müğənni İradə İbrahimova sosial media hesabında qeyd edib.

"Məncə, bir uşaq həyatının ən xoşbəxt illərini uşaqkən yaşayır. Və o səadəti hər zaman özüylə yanında aparır. Bu il də onlarla zaman keçirmək, yaxın olmaq üçün bəzədik şam ağacımızı. İsti balışın, bir stəkan çayın, örtünəcək yorğanın varsa, sağlığınla hamısını qucaqla demək istədim sizə və özümə. Hamısını zaman tək-tək öyrədir. Şəxsən mənə çox şey öyrətdi. Təşəkkürlər təbiət, həyat, ilahiyyat", - deyə ifaçı bildirib.




скачать dle 12.1