Bia.Az

Qalmaqallı vəkil Şəfiqə Nağıyeva bu telekanala keçdi

Şou
 7-12-2022, 12:55     267

Sosial mövzulu verilişlərdə qalmaqallı çıxışları ilə tez-tez gündəmə gələn tanınmış vəkil Şəfiqə Nağıyeva bundan sonra yeni telekanalın efirində görünəcək. 

Ş.Nağıyeva bundan sonra MTV Azərbaycanın “Ümid ilə gəl” verilişində ekspert kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, sözügedən verilişin aparıcısı prodüser Tarix Əliyevdir (Tolik).

Xatırladaq ki, Şəfiqə Nağıyeva son bir ayda üçüncü telekanalını dəyişib. O, aparıcı Elgiz Əkbərlə narazılıqdan sonra ARB-ni tərk edərək Xəzər telekanalına keçmişdi, amma vəkilin bu telekanalda da fəaliyyəti uzun sürmədi. Jurnalist Anar Vəziroğlu ilə dava-dalaş onun “Təsir dairəsi” verilişindən uzaqlaşmasına səbəb oldu.скачать dle 12.1