Bia.Az

Havanın temperaturu enəcək, dağlıq rayonlarda qar yağacaq- XƏBƏRDARLIQ

Sosial
 20-10-2022, 12:22     242

Oktyabrın 21-i səhərdən 22-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək, sürəti saniyədə 15-20 metr olacaq, gündüz arabir 23-28 metrə, yarımadanın bəzi yerlərində arabir 30 metrə çatacaq. Oktyabrın 21-i axşam, 22-si günün birinci yarısında və 23-ü axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° enəcək.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 21-i Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 23-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı ehtimal edilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.

Qərb küləyi əsəcək, oktyabrın 20-si axşamdan 22-dək sürəti 15-20 metr/saniyə olacaq, ayrı-ayrı yerlərdə arabir 28-33 metr/saniyəyədək güclənəcək.

Çaylarda sululuğun artacağı proqnozlaşdırılır.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° enəcək.скачать dle 12.1