Bia.Az

"Yaşayış yerindən arayış ala bilmirik" - 23 saylı MİS-dən ŞİKAYƏT VAR

Sosial
 13-10-2022, 14:26     330

Hər kəsə məlumdur ki, ölkə rəhbərinin ayrı-ayrı vaxtlarda imzaladığı sərəncamlar əsasında, Bakı şəhərinin rayonlarına təyin olunan bəzi icra başçılarının qol qoyduqları qanunsuzluq əməlləri, daim geniş ictimaiyyətin müzakirə etdiyi əsas mövzulardan birinə çevrilir. Qeyd edək ki, icra başçısı vəzifəsini daşıyan həmin şəxslər ya açıq şəkildə, ya da ki, gizlincə qarşılarına qoyduqları məqsədlərini “çin etmək” üçün, hətta minbir hoqqalardan da çıxırlar. Belə bir səbəblər üzündəndir ki, paytaxt Bakı şəhərinin ərazilərində hər cür qanunsuzluqların baş verməsinin canlı şəkildə şahidi olmaq mümkün olur. Qeyd edək ki, paytaxtın əraziləri içərisində daha böyük qanunsuzluqların, özbaşınalıqların tüğyan etdiyi rayonlardan biri də, məhz Nəsimi rayonudur. Yəni, bir qədər araşdırma apardıqda məlum olur ki, bu rayonun Mənzil Kommunal Təsərrüfat Birliyiyində və adı çəkilən bu qurumun tabeliyində fəaliyyət göstərən 23 saylı Mənzil-Kommunal İsrismar Sahəsində baş verən qanunsuzluqlar heç bir halda sərhəd tanımır.

Rayon sakinləri BİA.az-a 23 sayl MİS-dən ailə tərkibi və "Forma-2" adlanan (yaşayış yerindən arayış) arayışlarını ala bilmədiklərini deyirlər. Şikayətçilərin sözlərinə görə, bocu olan adama arayış verilmir. MİS-lər mənzil haqqı adlanan bacaların, zibilin daşınması üçün tələb olunan vəsaitin ödənilməsini şərt kimi qoyurlar. İnsanlar arayış üçün aylarla yığılıb qalan borcu ödəməyə məcbur edildiklərini bildirirlər.

Rayon sakinləri iddia edirlər ki, öz şəxsi vəsaitləri ilə alıb yaşadıqları binanın tavanında yerləşdirdikləri su cənləri 23 saylı Mənzil - Kommunal İsrismar Sahəsi tərəfindən yıgışdırılıb və və sonradan MİS rəisi Yasin Əliquliyev tərəfindən satılaraq mənimsənilib.

Sakinlərin şikayəti ilə baglı 23 saylı saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi Yasin Əliquliyevla əlaqə saxlamaga calışsaq da mümkün olmadı. Qapı bağlı olduğundan təəssüf ki, münasibət öyrənə bilmədik.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

BİA.az
скачать dle 12.1