"Cavab verməsək, Kremli partladacaqlar" - Rusiya generalı
“Kollektiv Qərb Rusiyanı məhv etmək üçün müharibə elan edib və bu müharibəni bütün mümkün yollarla, o cümlədən terrorçularla aparır”.
"AzPolitika.info" xəbər verir ki, bunu Rusiya Dumasının müdafiə komitəsinin üzvü, general-leytenant Viktor Sobolev deyib.
General qeyd edib ki, Rusiya bu hücumlara adekvat cavab verməsə, növbəti dəfə də Kremli partladacaqlar: “Əgər cavab verilməsə, o zaman yəqin ki, oturub Kremlin partladılmasını gözləyəcəyik”.