Bia.Az

Əməkdar artist “Araz Supermarket"dən ŞİKAYƏTÇİDİR: - “Bu, soyğunçuluq, cibə girməkdir”

Sosial
 25-08-2022, 22:00     302

Son vaxtlar ölkədə fəaliyyət göstərən iri supermarketlərdə tez-tez vətəndaşların aldadılması faktları ilə qarşılaşırıq. Piştaxtadakı qiymətlərin kassa qiymətləri ilə üst-üstə düşməməsi halları baş verir ki, bu da müştərilərin hüquqlarının pozulması deməkdir.

BİA.AZ yenicag.az-a istinadla xəbər verir ki, tanınmış aktyor, Əməkdar artist Rasim Cəfər bu haldan şikayətçilər sırasındadır.

Aktyor sosial şəbəkə hesabında paylaşım edərək insanları diqqətli olmağa səsləyib:

“Araz Supermarket”dən bazarlıq edəndə mütləq vitrin qiyməti ilə kassadakı qiymətləri müqayisə edin. Sonra demədi deməyin! Tək endirimdə olan mallar yox, adi qiymətlər də düz gəlmir. Hər dəfə gülə-gülə nəzarətçi, administrator, nə bilim kim gəlir, ona deyirəm ki, bəs belə bir problem var, gözlərini döyüb üzr istəyirlər, vəssalam. Deməli, əgər mən fərqi görməsəm, bu məni, müştərini aldatmaq, cibinə girməkdir, kobud desəm, soyğunçuluqdur”.

Aktyorun paylaşımı həmkarları tərəfindən də dəstəklənib.

Əməkdar artist “Araz Supermarket"dən ŞİKAYƏTÇİDİR:


скачать dle 12.1