Bia.Az

"Peyvəndi və müalicəsi yoxdur" - Dünyada daha bir virus sürətlə yayılır

Sosial
 22-08-2022, 15:14     312

Dünya Covid-19 və Meymunçiçəyi epidemiyası ilə mübarizə apararkən Hindistandan yeni bir epidemiya xəbərdarlığı gəlib.

Musavat.com xəbər verir ki, ilk dəfə bu ilin may ayında aşkarlanan və beş yaşınadək 82 uşağı xəstələndirən “pomidor qripi”nin ən 5 əlaməti var.

Bu əlamətlər dəridə iri qırmızı qabarcıqlar, yüksək hərarət, yorğunluq, bədən ağrıları və şiddətli oynaq ağrılarıdır. Mütəxəssislər hələ peyvəndi və müalicəsi olmayan virusa qarşı ən təsirli müalicənin bol maye qəbul etmək və istirahət olduğunu vurğulayırlar.

Adını dəridə əmələ gələn iyrənc qırmızı qabarcıqlardan alan “pomidor qripi” də yüksək hərarət, səpgi və şiddətli oynaq ağrılarına səbəb olur. İndiyə qədər Hindistanın bir neçə əyalətində “pomidor qripi” yayılıb və səlahiyyətlilər onun yayılmaması üçün tədbirlər görüblər.

Alınan məlumatlara görə, “pomidor qripi” xəstəliyinin çox yoluxucu olduğu, yoluxduğu təsdiqləniş şəxslərlər təmasda olanların bir həftə müddətinə təcrid olunmasının vacib olduğu bildirilir.

Ölümcül olmayan “pomidor qripi” üçün peyvənd və ya müalicə yoxdur. Mütəxəssislər bildirirlər ki, “pomidor qripi” virusuna qarşı ən təsirli müalicə bol maye qəbul etmək və istirahət etməkdir.скачать dle 12.1