Bia.Az

Turizm Agentliyi Laza olayına reaksiya verdi - AÇIQLAMA

Sosial
 15-08-2022, 15:02     267

Ötən gün Qəbələnin Laza kəndində yerli sakinlərin yolu bağlayaraq turistləri kəndə buraxmadıqları ilə bağlı sosial şəbəkələrdə görüntülər paylaşılıb.

Bildirilir ki, kəndə turist kimi gələn şəxslərin qarşısını kəsən sakinlər kənddə avtomobildən istifadənin yasaqlanmasını tələb ediblər.

BİA.AZ xəbər verir ki, Bizim.Media baş verənlərə aydınlıq gətirmək üçün Dövlət Turizm Agentliyi ilə əlaqə saxlayıb. Qurumun sözçüsü Gülnar Mustafayeva açıqlamasında bildirib ki, hadisə turistlərlə bağlı olmayıb:

“Artıq məsələ həll olunub, yol açıqdır. Məsələ ilə bağlı daha detallı araşdırma aparılacaq, amma onu qeyd etmək lazımdır ki, etiraz turistlərləə deyil, kənd sakinləri və oradakı iaşə obyekti sahibləri arasında anlaşılmazlıqdan irəli gəlib”, - deyə G.Mustafayeva açıqlamasında qeyd edib.

Qeyd edək ki, yayılan videogörüntülərdə polis əməkdaşlarının da hadisə yerində olduğu yer alıb.
скачать dle 12.1