Bia.Az

Zaur Mikayılovun Hacıqabuldakı biznesi

Sosial / Cəmiyyət
 15-08-2022, 11:33     559

Son dövrlər bizim Hacıqabul məmləkətinə sərgüzəştlərimiz zamanı bizə məlum olmuşdur ki, sən demə. Meliorasiya və Su təsərrüfatı ASC-nin sədri Zaur Mikayılovun Hacıqabul məmləkətində heç kimə bəlli olmayan gizlicə bir biznec sahəsi vardır. Belə ki, biz Hacıqabul Rayon Suvarma Sistemləri İdarəsinə,  eləcə də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Zaur Mikayılov cənabları  başda olmaqla digər əlaqədar təşkilatlara  da Hacıqabul Rayon Suvarma Sistemləri İdarəsinin gördüyü İşləri araşdırmaq üçün vur-tut cəmisi 10 ədəd sual göndərik.  Düzü, bizə hər yerdən cavab gəldi. Lakin, məktub ünvanladığımız əlaqədar təşkilatlardan aldığımız cavablar tam olaraq yarıtmaz cavablar idilər. Yəni, bu cavablarda  bizim verdiyimiz sualların heç birinə açıqlanma verilmədi. Nəhayət, günlərin bir günü  Mafizəd Cəfərov həzrətlərindən də cavab gəldi. O, öz möhtəşəm cavabında aşağıda qeyd olunan bir neçə sözlər ilə bu suallara bütünlüklə cavab verməyi qarşısına məqsəd qoymuşdu. Sizin verdiyiniz suallar biznes sualları olduğu üçün biz verilən suallara cavab verə bilmərik.  Biz Zaur Mikayılovun köhnə biznesmen olduğunu bilirik. Lakin, o, elə də tanınmış biznesmen olmamışdır. Yəni, o, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nə sədr gələnə qədər nəinki, dünya Biznesmenləri arasında, eləcə də bizim yaşadığımız Azərbaycan Respublikasında da tanınmış iş adamı olmamışdır. Yəni, o, sadəcə olaraq ...... fəaliyyət göstərmişdir. Onun hansı xətlə və  necə bu sahəyə gəlişi də bəzi adamlar kimi bizə də məlumdur.  Ona görə də Rəhmətlik Mollanın sözü olmasın. Bilməyənlər, bilənlərdən soruşsunlar...

 Zaur Rauf oğlu Mikayılov "Azərbaycan Supermarket” MMC-nin rəhbəri olub. Sözügedən MMC BRAVO supermarketlərinin sahibi olaraq göstərilir. Bu şirkət 2015-ci ilin fevral ayının 27-də dövlət qeydiyyatına alınıb. Bakı şəhəri Nəsimi rayonu, Neftçilər prospekti ev 153 ünvanında qeydiyyatdadır. Nizamnamə kapitalı 2 min manat təşkil edir.

"Azərbaycan Supermarket” MMC-nin təsisçiləri barədə rəsmi məlumat açıqlanmasa da, bu şirkətin qeydiyyatda olduğu Bakı şəhəri Nəsimi rayonu, Neftçilər prospekti ev 153 ünvanında  "Paşa İnşaat”, "Paşa Technology”, "Paşa Sığorta” kimi şirkətlərin də olduğu qeyd olunub.
Həmçinin qeyd edək ki, Vergilər Nazirliyi 2017-ci ilin Dekabrında qeydiyyata aldığı “Agro Supply”  MMC-nin də qanuni təmsilçisi Zaur Mikayılov göstərilmişdir. Sözügedən şirkətin nizamnamə kapitalı 100 000 manat olmuşdur. Müəssisə “Paşa Holdinq” MMC ilə eyni hüquqi ünvanda Bakı şəhəri, əsimi rayonu, Neftçilər prospekti 153 ünvanında qeydiyyatdan keçmişdir.

Z. Mikayılov 7 il “Paşa Holdinq”də, 6 il “Port Baku”da çalışıb. Son 2 ildə isə “Bravo” Supermarketlər şəbəkəsində icraçı direktor olub.Yəqin ki, möhtərəm Zaur Mikayılov barəsində çox qısa da olsa məlumat verə bildik. Amma, hörmətli sədrimiz yeni vəzifəyə təyin olan kimi çox yeni bir iş metoduna əl atır. Yəni regionlarda olan bir neçə Su idarələrini birləşdirərək rayonlarda vahid Su idarələri yaradır ki, bu da bu idarələrə rəhbər təyin olunan  hər hansı iş adamına ağır bir yük kimi görünür. Rayonlarda fəaliyyət göstərən Suvarma Sistemləri İdarələrinə hansısa sualı təqdim etdikdə, onlar belə cavab verirlər: suyu camaata biz satmayırıq. Suyu camaata Sudan İstifadə Birlikləri satır. Mahiyyət etibarı ilə onlar düz deyirlər. Lakin, məsələ burasındadır ki, bu Sudan İstifadə birlikləri də rayonlarda fəaliyyət göstərən Suvarma Sistemləri ilə Əlbir işləyirlər. Heç kimə hesabat vermirlər yalnız Suvarma Sistemləri İdarələrinin müdiriyyətindən başqa. Buradan belə çıxır ki, öz əkin sahəsini suvara bilməyən binəva kimsəsizlər istənilən bir aidiyyati quruma sudan ötrü şikayət etsələr də Suvarma Sistemləri İdarələrinin rəisləri asanlıqla sudan quru çıxaraq, suyu onlar deyil Sudan İstifadə Birliklərinin camaata satdığını bildirirlər.  Məsələ burasındadır ki, rayonlarda su xətlərinin qazılması və digər görülən işlər barəsində həm Sudan İstifadə Birlikləri, həm də Suvarma Sistemləri İdarələri Dövlət Statistika idarəsində hesabat verirlər. Yəni, Rəhətlik Məşədi İbadın dediyi kimi,... “Qızın iki adaxlısı var.”  Bəzən bu iki təşkilat heç vaxt icra edilməyən işlər barəsində də hesabat verərək, özləri,  özlərini aldadırlar.

 «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin tabeliyində olan bir sıra idarə və müəssisələrdə özbaşınalıq hökm sürür və buna görə də fermerlər ciddi problemlərlə üzləşmək məcburiy-yətində qalırlar. Həmin idarələrdən biri də Hacıqabul rayon Suvarma Sistemləri İdarəsidir. Qeyd edək ki,  Hacıqabul rayon əhalisindən aldığımız məlumata əsasən, bu idarə Hacıqabul rayonu yarandığı dövrdən fəaliyyət göstərir. Rayon ərazisində yerləşən suvarılan kənd təsərrüfatı təyinatlı torpaqları suvarma suyu ilə təchiz edir. Rayon suvarma sistemləri idarəsi əkinlərin suvarılmasını 3 mənbə vasitəsilə həyata keçirir. Bunlar Kür çayı, Pirsaatçay su anbarı və başlanğıcını Mingəçevirdən götürən Yuxarı Şirvan kanalıdır. Əldə etdiyimiz məlumatlarda bildirilir ki, idarənin rəisi Mafizəd Cəfərov fermerləri və əhalini yox, ancaq özünü fikirləşir:  Hacıqabul rayonunda suvarma suyu ilə bağlı çox böyük problemlər yaşanmaqdadır. Əkin sahələrinin yetərli hissəsi susuzluqdan məhv olub gedib. Bu isə vətəndaşların maddi itki ilə üzləşməsinə gətirib çıxarır. İdarənin rəhbərliyi və əməkdaşları işlərinin öhdəsindən layiqincə gələ bilmirlər, işlərinə məsuliyyətsiz yanaşırlar. Nasos aqreqatları, elektrik mühərrikləri, hidrotexniki qurğular, hidropostlar və nasos stansiyaları bərbad vəziyyətdədlir. İdarə rəisi sənəd üzərində hər il bu qurğuları «təmir» etdirir. Lakin heç bir təmir işləri görülmür. O sənəd üzərində bu işləri həyata keçirməklə külli miqdarda vəsaiti havaya buxarlandırır. Sudan istifadə birliklərinin mövcudluğu isə nəzərə çarpmır. Hacıqabul Suvarma Sistemləri İdarəsinin rəhbərliyinin yardımından əlini üzən fermerlər öz vəsaitləri hesabına sahələrini suvarırlar. Bu idarə sanki Mafizəd “Həzrətlərinin” ata-baba mülküdür. O idarənin balansındakı texnika və qurğulardan şəxsi məqsədləri üçün yararlanır». Hacıqabul Suvarma Sistemləri İdarəsinə başçılıq edən Mafizəd Cəfərov əslən Sabirabaddandır. Özü Şirvan şəhərində yaşayır. Hacıqabulda isə yaxşı at oynadır. Deyilənə görə,onun  Sabirabad rayonunda bir şərikli ferması da vardır. Bu  fermanı sadə bir iş adamının adıyla saxlasa da möhtərəm Zaur Mikayılovun da  bu fermadan xüsusi payı heç vaxt əskik olmayır.

Beləliklə, yuxarıda qeyd etdiklərimizi ümumiləşdirmək məqsədi ilə  sadəcə bir dioloq kimi “İYNƏVARİ OLARAQ” tamamlamaq məqsədi ilə kiçicik şeir parçasına müraciət etməyi özümüzə borc bildik.

Zaur Mikayılov:
Deyirlər ki, Mafizəd. Yaxşı bilirsən biznesi.
Gəl, şərikli iş görək, yayılsın aləmə səsi.

Mafizəd Cəfərov:
Çox iş mən bacarıram, yaradan olsa həvəsi.
Yaxşı gəlir gətirər gördüyüm işin hərəsi.

Zaur Mikayılov:
Nə iş bacarırsansa, əsirgəmə heç birini.
Amma bir rəis kimi heç kəsə vermə sirrini.

Mafizəd Cəfərov:
Qorxma mən biznesimin heç vaxt demərəm yerini.
Lazım olarsa əgər, hətta öldürrəm dirini.

Zaur Mikayılov:
Öldürmək gərək deyil, süründürərik hamını.
İstifadə edərik, onlardan biz iş zamanı.

Mafizəd Cəfərov:
Bunu yaxşı bilirəm, qurmuşam hər cür planı.
Beş-üç nəfərə baxaq, nəyə gəkdir qalanı?

Zaur Mikayılov:
Çox gözəl bir fikirdir, yaxşıca düşün sən  yenə.
Belə etsən axırda tam arxa olaram sənə.

Mafizəd Cəfərov:
Yaxşı bələd deyilsən, deyəsən, ay sədr mənə.
Qəbuldur mənim üçün hər cürə tənqid və tənə.

Zaur Mikayılov:
Tənqidi, həm tənəni, gərəkdir ki qəbul edək.
Görəcəyimiz işin dalısınca tez də gedək.

Mafizəd Cəfərov:
Tənqidi,.. tərif kimi gərəkdir qəbul eyləyək.
Biznesi artıraraq, hər şeyə fikir verməyək.
 
Baloğlan Mirzəli
Şair- jurnalist
скачать dle 12.1