Bia.Az

Yarım ilin demoqrafik hesabatı

Sosial
 14-08-2022, 12:51     259

Azərbaycan əhalisinin sayı 2022-ci il iyulun 1-nə 10 milyon 185 min 784 nəfərə çatıb.



 Novator.az-ın məlumatına görə, hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, yanvar-iyun aylarında 61234 doğulan körpə, 32589 ölüm halı, 28785 nikah, 7531 boşanma qeydə alınıb, 1215 nəfər daimi yaşamaq üçün Azərbaycana gəlib, 442 nəfər ölkədən gedib.


Statistikaya əsasən, 2021-ci ilin ilk yarısına nəzərən doğum 8,8 faiz, nikahlar 23,4 faiz artıb, ölüm halları 13,3, boşanmalar 6,2 faiz azalıb.
скачать dle 12.1