Bia.Az

DEPUTATLARIN MAAŞI NƏ QƏDƏR ARTDI? - Ekspert əvvəlki və indiki rəqəmləri açıqladı + FOTO

Sosial
 1-08-2022, 13:38     291

Bank üzrə ekspert, hüqüqşünas Əkrəm Həsənov deputatların maaşını nə qədər artırıldığına aydınlıq gətirib. O bildirib ki, deputatların maaşı 61%-dən çox artıb:

 “Nəhayət ki, barəsində eşitdiyimiz, amma gizlin saxlanılan “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanuna dəyişiklik dərc olundu və üzünü gördük. Deputatların maaşının artırılması haqda hesablama apardım (səhv tutan, zəhmət olmasa, bildirsin), dərc edirəm. Qısa nəticə budur ki, bir neçə nəfər istisna olmaqla işləri-gücləri yalnız düymə basmaqdan və bəzən pafoslu çıxışlar etməkdən ibarət olan, hüquqdan və qanundan xəbəri olmayan, qanunvericilik təşəbbüsü ilə çıxış etməyən deputatlarımızın xalis rəsmi gəliri aşağıdakı kimi dəyişib:

1. Spiker 5789 əvəzinə 9001,5 manat alacaq;
2. Spikerin birinci müavini 5210,1 əvəzinə 8202,76 manat alacaq;
3. Spikerin müavini 4920,65 əvəzinə 7803,38 manat alacaq;
4. Komitə və komissiya sədri 4631,2 əvəzinə 7404 manat alacaq;
5. Komissiya sədrinin müavini 4341,75 əvəzinə 7003,07 manat alacaq;
6. Sıravi deputat 4052,3 əvəzinə 6537,13 manat alacaq.
Beləliklə, deputatın maaşı 61%-dən çox artıb!

Hələ Qanun layihəsini görmədən və barəsində yalnız mətbuatdan xəbər tutanda (xalq tərəfindən seçilmiş hesab edilən kəslər niyə qanun layihələrini ictimai müzakirəyə təqdim etmirlər?) status yazmışdım ki, artıma etiraz etmirəm, amma məmurların şəffaflığı barədə də deputatlar müvafiq qanunlar qəbul etsinlər. Nəinki etmədilər, heç olmasa bir deputat sadaladığım qanundan birini belə təklif etmədi…”, – o bildirib.


скачать dle 12.1