Bia.Az

“Atalar Məktəbi - Məsuliyyətli Atalığa Doğru” layihəsinin növbəti fazasına start verilir

Sosial
 30-06-2022, 16:22     388

Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə həyata keçirilən “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Birlikdə gender stereotiplərinə və gender-əsaslı zorakılığa qarşı” və “Cənubi Qafqazda gender əsaslı cins seçimi və aidiyyəti zərərli təcrübələrin aradan qaldırılması” proqramları çərçivəsində BMT-nin Əhali Fondu (UNFPA), BMT-nin Qadınlar üzrə Agentliyi (UN Women), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı, “Gender Hub Azerbaijan” sosial platforması və “Azərbaycan Maarifçilər Assosiasiyası”nın dəstəyi ilə icra olunan “Atalar Məktəbi - Məsuliyyətli Atalığa Doğru” layihəsinin növbəti fazasına start verilir.

Layihə çərçivəsində 8 rayonda fasilitatorların iştirakı ilə baş tutacaq təlimlərin əsas məqsədi gənc ataları övladlarının inkişafı prosesində fəal iştiraka cəlb etməklə ailələrdə oturuşmuş gender-əsaslı stereotipik davranış normalarının dəyişdirilməsinə töhfə verməkdən ibarətdir.
Bununla bağlı olaraq, 25 - 28 iyun 2022-ci tarixlərində Bakı, Gəncə, Lənkəran, Mingəçevir, Sumqayıt, Qazax, Ağstafa və Tovuz rayonlarından seçilmiş fasilitatorlarla onların bilik, bacarıq və məlumatlılığının artırılması məqsədilə növbəti istiqamətlər üzrə təlimlər həyata keçirilib: a) gender bərabərliyinin təmin olunmasında ataların rolunun əhəmiyyəti; b) gənc ata və ata solmağa hazırlaşan şəxslərin maarifləndirilməsi yolu ilə gender əsaslı cins seçimi və aidiyyəti zərərli təcrübələrlə mübarizə; c) məsuliyyətli atalığın düzgün aşılanmasından əmin olmaq üçün təlim metodologiyalarının hazırlanması.
Ümumilikdə beş ay ərzində davam edəcək seminarlarda ailə planlanmasının sağlam cəmiyyətin formalaşdırılmasındakı rolu, sağlam ailə modeli və gender bərabərliyi prinsiplərinə əsaslanan dəyərlər, qız övladının dəyərinin təşviqi yolu ilə ailələrdə oğlan uşaqlarına verilən üstünlüyün qarşısının alınması, uşaqlara qulluq və qayğı, eləcə də digər məişət öhdəliklərinin kişi və qadın arasında bərabər bölgüsü və ataların icmaları daxilində şəbəkələşməsinin əhəmiyyəti kimi mövzulara toxunulacaq. 
“Atalar Məktəbi - Məsuliyyətli Atalığa Doğru” layihəsinin növbəti fazasına start verilir
Layihədə Bakı, Gəncə, Lənkəran, Mingəçevir, Sumqayıt, Qazax, Ağstafa və Tovuz rayonlarında yaşayan, məsuliyyətli atalıq konsepsiyası ilə tanış olmağa həvəsli olan gənc atalar və ata olmağa hazırlaşan şəxslər iştirak edə bilər. Layihəyə qoşulmaq üçün onlayn anketi dolduraraq və ya +994773067550 nömrəsi ilə əlaqə saxlayaraq qeydiyyatdan keçmək mümkündür.скачать dle 12.1