Bia.Az

Pirallahıda yaz mövsümü ilə əlaqədar iməcilik keçirilmişdir - FOTO

Sosial
 21-05-2022, 16:29     317

Bakının Pirallahı rayonunda geniş quruculuq işlərinə start verilib. Qısa müddət ərzində uzun illər baxımsızlıqdan, antisanitar vəziyyətdən əziyyət çəkən rayonunun bütün yaşayış məhəllələrində abadlıq işləri geniş vüsət alıb.

Rayonun ətraf mühitinin qorunması və ekoloji vəziyyətin daha da yaxşılaşdırılması əsas prioritet istiqamətlərdən biridir. İnsanların sağlam və təhlükəsiz yaşayışının, asudə vaxtlarının səmərəli təşkilinin təmin edilməsi, habelə ətraf mühitin mühafizəsi və bərpası rayonda daim diqqət mərkəzində saxlanılır. Rayon yaradıldığı 2013-cü ildən “İDEA” İctimai Birliyinin dəstəyi ilə 300 mindən artıq  ağac və gül kolları əkilərək yaşıllıq zolaqları salınmışdır.
 
Bu gün Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə paytaxtın bütün rayonlarında olduğu kimi Pirallahıda da yaz mövsümü ilə əlaqədar iməcilik keçirildi. Səhər saatlarından etibarən rayonun kommunal xidmətləri, idarə, müəssisələri tərəfindən operativ təmizlik işlərinin həyata keçirilməsinə başlanıldı. Aksiya zamanı küçələr, səki kənarları, bordurlar, işıq dirəkləri, məhəccərlər, mağaza vitrinləri, köşklər, dayanacaqlar, ağaclar və yaşıllıq zolaqları, binaların fasadları yuyularaq təmizlənərək, həyət və məhəllələrdə abadlıq işləri həyata keçirildi. Eyni zamanda Pirallahı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən koronovirus infeksiyasının rayon ərazisində yayılmasının qarşısını alınması məqsədi ilə yollar dezinfeksiya məhlulları ilə yuyuldu.

Pirallahı rayon Mənzil Kommunal Təsərrüfatı Birliynin rəisi Röyal Sarıməmmədov müxbirimizə bildirdi ki, təmizlik işləri Pirallahının bütün ərazisində aparılır və rayonun təmizliyinin lazımi səviyyədə saxlanılması üçün iməcilik yolu ilə tədbirlər görülür:

 -Qeyd edim ki, bizim kollektiv rayonun bütün idarə, müəssisələri və fərdi sakinlərinin iştirakı ilə kecirilən bu aksiyanın təşəbbüskarlarındandır. Biz qərara gəlmişık ki, yaz mövsümü ilə əlaqədar bu iməcilik aksiyasını davamlı edək.


BİA.AZ

скачать dle 12.1